Azərbaycanın 15 milyard 176 milyon manat xarici borcu var
Ölçü:


Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun məbləğini açıqlayaıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, 01 yanvar 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176.0 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.0 faiz (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

 
14.03.2019 16:14:00
Oxuma sayı: 49