Azərbaycan şəkər idxalı 2,7 dəfə artıb
Ölçü:


Dövlət Statistika Komitəsi (DSK) yanvar ayında xarici ticarət əlaqələri haqqında məlumatları açıqlayıb.

Koordinat.az
xəbər verir ki, 2019-cu ilin yanvarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə bəzi məhsulların qiymətində artım, bəzilərində azalma baş verib.

İdxalı artan məhsullar:
xam şəkər və şəkər idxalı 2,7 dəfə,
siqaret – 19,5%,
bitki yağları – 52,8%,
kartof – 42,3%,
quş əti və onun əlavə məhsulları – 2,2 dəfə,
mal əti – 19,2%,
təzə tərəvəz – 21,6%,
minik avtomobilləri – 2,5 dəfə,
mineral gübrələr – 1,8 dəfə,
hesablama maşınları, blok və qurğuları – 21%,
mebellər – 1,7 dəfə,
qara metallardan çubuqlar – 17,6%,
yük avtomobilləri – 2,9 dəfə,
qara metallardan künclüklər – 31,2%,
məişət kondisionerləri – 53,8%,
avtobuslar – 4,5 dəfə,
sement və sement klinkerləri – 1,6 dəfə,
məişət soyuducuları – 4,5% artıb,.
 
İdxalı azalan məhsullar:
buğda - 9,8%,
təzə meyvə – 2%,
kərə yağı, digər süd yağları və pastaları – 14,6%,
çay – 33,7%,
qara metallardan borular – 13,3%,
polad prokatı – 9,5%,
rezin şinlər – 8,9%,
polietilen – 4,5%,
 paltaryuyan maşınlar – 1,9% azalıb.
 
 
 
14.03.2019 15:29:00
Oxuma sayı: 53