İlham Əliyev: "Ermənistan danışıqlar prosesini bloklamağa cəhd edir"
Ölçü:


Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün həyatı yaşayır. Onlar bu gün də işğalın nəticələrindən əziyyət çəkir, xalqımıza qarşı etnik təmizləmə aparılıb, tarixi abidələrimiz dağılıb. Bütün bunlar beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir".

Koordinat.az
xəbər ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində deyib. Dövlət başçısı bildirib ki, status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır: “Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirib və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. O, vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Dövlət başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan “Bakı Prosesi”nin əhəmiyyətinə yönəldib. O, “Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb.
14.03.2019 14:29:00
Oxuma sayı: 282