Türkiyədə “WhatsApp”, “YouTube”, “Facebook” və “Twitter”ə giriş bağlandı
Ölçü:


Türkiyədə “WhatsApp”, “YouTube”, “Facebook”, “Twitter” kimi sosial şəbəkələrə giriş qadağan edilib.

Koordinat.az xəbər verir ki, bununla bağlı  Türkiyənin senzura monitorinq qrupu məlumat yayıb. Bildirilir ki, “TurkeyBlocks” ölkədə “WhatsApp” messencerinə, “YouTube” videohostinqinə, eləcə də “Facebook” və “Twitter” sosial şəbəkələrinə girişi bağlayıb. Bu sosial şəbəkələrə giriş noyabrın 4-də yerli vaxtla saat 01:20-də blok edilib.

Hüquq-mühafizəçiləri “Instagram” sosial şəbəkəsinə də girişin məhdudlaşdırıldığını bildiriblər. “TurkeyBlocks”da blok edilməni PKK-nın siyasi qanadı Xalqların Demokratik Partiyasının  (HDP) bir neçə liderinin saxlanılması və bu partiyanın Ankarada yerləşən qərargahında aparılan axtarışlarla əlaqələndiriblər.

Qeyd edək ki, saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Fidan Yüksəkdağ da var.

 
04.11.2016 12:08:30
Oxuma sayı: 702