Gəncə-Naxçıvan reysi bərpa oluna bilər
Ölçü:


2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.

Koordinat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı hesabatına istinadən məlumat verir. Hesabatda qeyd olunur ki, “AZAL” QSC-nin həmin reysi həyata keçirmək üçün texniki imkanları mövcuddur: “Hazırda bu aviareysin iqtisadi cəlbediciliyini artırmaq və əlavə itkilərin qarşısının alınması üçün işlər aparılır”.

Qeyd edək ki, Gəncə-Naxçıvan reysi dəfələrlə fəaliyyət göstərib və bağlanıb. Uçuşlar həftədə 4 dəfə keçirilib və müddəti 1,5 saata bərabər olub.
07.03.2019 13:11:00
Oxuma sayı: 289