Bərdədəki ana ölümünə görə cinayət işi başlandı
Ölçü:


Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.

Koordinat.az xəbər verir ki, bu barədə "Trend"ə Bərdə rayon Prokurorluğundan bildirilib. Məlumatda deyilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.
20.12.2017 09:57:00
Oxuma sayı: 106