Deputat: "Həkimlərin maaşı artırılmalıdır”
Ölçü:


“Büdcəmiz dünyada gedən reallıqları əks etdirir. O, çox təmkinli, çox təkmil və yüksək professionallıqla hazırlanıb. Biz bunu başa düşməliyik”.

Koordinat.az
xəbər verir ki, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova deyib. Deputat bildirib ki, Azərbaycanda çox peşəkar və çox gözəl həkim ordusu var amma onların maaşları çox aşağıdır: “Poliklinikada çalışan tibb bacısının maaşı 110-120 manatdır. Yüksək savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Biz bununla hara gedirik?! Xaricdə təhsil alan tələbələrimiz-həkimlərimiz Azərbaycana dönmək istəmirlər. Onlar öz sahələrinin uzmanıdırlar və deyirlər ki, bura dönsələr cəmi 250-300 manat alacaqlar. Bu, çox acınacaqlı bir haldır. Nəticədə də ələbaxımlılıq, digər mənfi hallar yaşanır. Bu gün bizim həkimlər ələbaxımlılığa öyrəşiblər. Bu belə olmamalıdır. Belə halları aradan qaldırmaq üçün də mütləq həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır”.
08.11.2017 13:03:00
Oxuma sayı: 1246