Bu aksiz vergiləri tibbi sığortanın maliyyələşməsinə yönəldiləcək
Ölçü:


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üzrə də illik 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək.

Koordinat.az
xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. O qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq olunan dövlət rüsumu hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq. Onun sözlərinə görə, həmin vəsait də əhalinin tibbi xidmətləri əldə etməsi üçün tibb müəssisələrinə ödəniləcək: "Bu isə tibbi xidmətlərin keyfiyyətinin artmasına, maaşların vaxtlı-vaxtında ödənilməsinə gətirib çıxaracaq".

Vüqar Qurbanov deyib ki, 2020-ci ildən artıq İTS haqlarının toplanılmasına başlanılacaq. Onun sözlərinə görə, xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək: "Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də İTS haqqının məbləği 120 manatdır. Hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir". 
06.03.2019 11:42:00
Oxuma sayı: 93