Bu şəxslərin icbari tibbı sığorta ödənişlərini dövlət ödəyəcək
Ölçü:


“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, icbari tibbi sığortanın (İTS) qiymətləri artıq təsdiqlənib. Xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Qaydalara görə, İTS-nin maliyyə təminatının bir hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək.

Koordinat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. O qeyd edib ki, xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Əlavə hissəsindən istifadə etmək üçün isə üzrə illik 120 manat məbləğində İTS haqqı ödənilməlidir:
-Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər;
- Peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;
- “Əmək pensiyaları haqqında” qanuna əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
- “Sosial müavinətlər haqqında” qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;
- “Ünvanlı sosial yardım haqqında” qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər;
- Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar;
- Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar;
- Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Sığorta haqları yuxarıda qeyd olunan imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək. İkinci qrup isə işləyən əhalidir. Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əmək haqqının aylıq 2 faizi işçi tərəfindən ödəniləcək.
06.03.2019 12:42:37
Oxuma sayı: 38