Tibbi sığorta sistemindən 5-6 min manatadək gəlir əldə edən həkimlər var
Ölçü:


 İcbari Tibbi Sığorta (İST) üzrə “Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydaları müəyyən edilib. Hazırda həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını almaqda davam edirlər.

Koordinat.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. O qeyd edib ki, pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində onların əmək haqlarına stimullaşdırıcı əlavələr və həkimlərin fəaliyyətinin kəmiyyət göstəricilərinin dəyərləndirilməsi məqsədilə normativlərlə bağlı əlavələr, orta və kiçik tibbi işçilərinin əmək haqlarına isə sabit əlavələr tətbiq edilir: "Bu əlavələrin nəticəsində yeni fəaliyyət göstərən həkimlərin əməkhaqları 360-850 manat arası təşkil edir. Qaydalara əsasən ixtisaslar üzrə əmək haqlarının məbləği dəyişir. Motivasiya məqsədilə yeni iqtisadi mexanizmlər tətbiq olunması tibb işçiləri arasında məmnunluq səviyyəsinin yüksəlməsinə səbəb olub. Bu da tibbi xidmətlərin keyfiyyətinə təsir edən amillərdəndir. Pilot tibb müəssisələrində 5-6 min manatadək gəlir əldə edən həkimlərimiz var". 
06.03.2019 11:19:00
Oxuma sayı: 80