Amerikadan Paşinyana çağırış: "Əraziləri qaytar, separatçılara cinayət işi aç"
Ölçü:


ABŞ-dan Ermənistanın Baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib.

Koordinat.az
xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyana Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb. O, qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək: “Ermənistan rəhbərliyi Qarabağdakı qüvvələri oyundan kənarlaşdırmalı və onlara qarşı cinayət işi açmalıdır. Qarabağda qalaqurma siyasəti Ermənistan rəhbərliyinə münaqişənin həlli üçün müzakirələrin aparıldığı danışıqlar masasında elastiklik imkanı tanıyacaq. Paşinyan müəyyən addımları atdı, artıq etibarın möhkəmləndirilməsi mexanizmlərinin reallaşdırılmasına hazırlıq haqqında danışırlar”.

Cenninqs vurğulayıb ki, bu addımlar Paşinyana müəyyən dividendlər gətirəcək: “Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq”.

 
04.03.2019 13:23:00
Oxuma sayı: 273