Lerikin 50 kəndi işıqsız qalıb
Ölçü:



Lerik rayonunda qeyri-sabit hava şəraiti davam edir. Qarın qalınlığı rayon mərkəzində 20-25, ucqar yaşayış məntəqələrində isə 40-50 sm təşkil edir.

Koordinat.az xəbər verir ki, bu barədə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya bildirib. Onun sözlərinə görə, rayonda qarın ağırlığından bəzi yerlərdə elektrik xətləri qırılıb, nəticədə rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb. Kəndlərarası yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşsa da, Lənkəran-Lerik şosesi açıqdır.

Rayonun müvafiq qurumları fəsadların aradan qaldırılmasına cəlb olunub.
 
26.10.2016 11:44:21
Oxuma sayı: 396