Bərdədə gənc ana doğuş zamanı öldü
Ölçü:


Azərbaycanda doğuş zamanı ana ölümü olub.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı “Report” yayıb. Bildirilir ki, Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı doğuş zamanı ölüb.

Hadisə bu gün səhər saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

Ananın dünyaya gətirdiyi körpə qızın vəziyyəti stabildir.

Mərhumun yaxınları ananın ölümündə həkimlərin səhlənkarlığının olduğunu iddia edir.

Qeyd edək ki, bu, K.Əliyevanın dünyaya gətirdiyi ikinci övladıdır.
19.12.2017 14:11:00
Oxuma sayı: 793