Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi Moskvada müzakirə olundu
Ölçü:


Rusiyanın paytaxtı Moskva şəhərində erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib

Koordinat.az
xəbər verir ki, “Milli-mədəni avtonomiyanın vətəndaş cəmiyyəti və insan hüquqlarının qorunmasında rolu” mövzusunda keçiriləm dəyirmi masada Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, tədbir 10 dekabr İnsan Hüquqları Gününə həsr olunub.

Rusiyadakı siyasi partiyalar ittifaqı olan “Yabloko” bloku və Moskva vilayəti üzrə azərbaycanlıların regional Milli-Mənəvi Avtonomiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada ekspertlər, politoloq, insan hüquqları müdafiəşiləri və jurnalistlər iştirak edib.

Tədbir azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr olunmuş sənədli filmlə başlayıb. Tədbiri “Yabloko” blokundan gender məsələləri üzrə fraksiya rəhbəri, siyasi elmlər doktoru, professor Qalina Mixaylovna açaraq, bildirib ki, insan hüquqları müasir dünyanın əsas prioritet məsələsidir və bu məsələyə təmsil etdiyim siyasi qurum ciddi dəstək verməklə, cəmiyyətdə onu həm də nəzarətdə saxlayır.

Rusiya Strateji İnkişafın Modelləşməsi Mərkəzinin birinci vitse-prezidenti, politoloq Qriqoriy Trofimçuk dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı geniş məlumat verib. O qeyd edib ki, insan hüquqlarına diqqət çəkmək və onun qorunmasına nail olmaq üçün diaspora təşkilatları da siyasi aktivlik göstərməlidi.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədi Arzuman Abdulkərimov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal nəticəsində yerli azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınıb, soyqırıma məruz qalıblar. İndi heç bir azərbaycanlı dogma torpaqlarını ziyarət edə bilmir.

“2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını, yaxınlarının məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Onların yanında olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
 İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarıilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Biz bu hadisələrə qəti şəkildə etiraz edirik. Bu şəxslər hansısa dövlətin sərhəddini qanunsuz olaraq keçməyiblər, kiməsə qarşı cinayət əməli törətməyiblər. Ermənistan tərəfindən işğal edilmiş doğma yurdlarına, ata-baba ocağına ziyarətə gediblər. BMT-nin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, digər beynəlxalq təşkilatların və dövlətlərin qəbul etdiyi qərarlara, çağrışlarına əhəmiyyət verməyən Ermənistan qanunsuz olaraq işğal altında saxladığı Kəlbəcər rayonunu ziyarətə gəlmiş azərbaycanlıları həbs etməklə növbəti dəfə beynəlxalq hüquqa, bəşəri prinsiplərə hörmətsizliyini göstərmiş, onu kobud surətdə pozub”


A.Abdulkərimov Rusiyanı ATƏT-in Minsk Qrupunun üzvü kimi girovların azad olunması üçün səylərini artırmağı xahiş edib.

Tanınmış siyasətşi və insan haqlarının müdafiətçisi Sergey Mitroxin dünyada insan haqlarının müdafiəsi ilə bağlı vəziyyəti şərh edərək, insan haqlarının pozulmasını şərtləndiən əsas səbəblərə diqqət çəkib. Xüsusilə, əsir və girovlala bağlı məsələdə həssas olmağı, insan haqlarının təməl prinsipləinə sadiq olmağa çağırıb.

Moskva vilayəti üzrə azərbaycanlıların regional Milli-Mənəvi Avtonomiyasının sədri Qalib Ağayev, İctimai Palatanın üzvü, “İnsan və qanun” jurnalının şərhçisi, hüquq elmləri doktoru İlham Məmmədov, jurnalist Nailə Vəliyeva və Ziyəddin Qulubəyli də Ermənistan ordusu tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin heç bir qanun pozmadan, Azərbaycanın sərhədləri daxilində hərəkət etdiyini, ata-baba torpaqları olan Kəlbəcər rayonuna öz vətənlərinə getdiklərini bildiriblər. Onlar qeyd ediblər ki, bütün dünya, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və girovlar da məhz həmin ərazilədə həbs olunublar. Buna görə də girovalar dəhal azad olunmalı, Ermənistan həm də mülki əsirlərlə bağlı davranışlarına görə beynəlxalq aləm tərəfindən, eləcə də insan hüquqları təşkilatlatı tərəfindən qınağa cəlb olunmalıdır.

19.12.2017 14:06:00
Oxuma sayı: 845