Ölkəyə qanunsuz gətirilən mobil telefonlar aşkarlandı
Ölçü:



Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-211440" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Koordinat.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı nəqliyyat vasitəsinin salonunda sağ ön oturacağın ayaqaltısının alt hissəsində xüsusi düzəldilmiş saxlanc yerində, eləcə də arxa təkərlərində gizlədilmiş 9 ədəd üzərində "X-innova" yazısı olan, 44 ədəd üzərində "Kgtel" yazısı olan, 15 ədəd üzərində "Adscn" yazısı olan mobil telefonlar, 135 ədəd qidalandırıcı və mobil telefon üçün 135 ədəd qutu aşkar olunub.
01.03.2019 19:40:00
Oxuma sayı: 226