Sabah Bakıda 12 dərəcə isti olacaq
Ölçü:


Sabah Bakıda hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif dumanolacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək,gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə7-9, gündüz 9-13,Bakıda gecə7-9, gündüz10-12dərəcə isti olacağı gözlənilir.

Dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə0-5, gündüz 8-13 dərəcə isti,dağlarda 0-5, gündüz7-12 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 
19.12.2017 12:53:00
Oxuma sayı: 13437