Vəkil: “Çovdarov Eldar Mahmudovun əleyhinə ifadə verməyib"
Ölçü:


Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılmasını və orada keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirildiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

Koordinat.az xəbər verir ki, vəkil virtualazşorg-a Akif Çovdarovun həbs altında olarkən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşmədiyini, onunla üzləşdirilmədiyini deyib: "Akif Çovdarovun həbs altında olarkən Eldar Mahmudovla görüşyib və xüsusən də əleyhinə heç bir ifadə verməyib. Prinsipcə o, Eldar Mahmudovun qanunazidd fəaliyyətləri barədə heç nə deyə bilməzdi, çünki bu barədə məlumata malik deyil. Mən jurnalistləri yalan məlumatlar yaymaqdan çəkinməyə çağırıram”.

Xatırladaq ki, Eldar Mahmudov köməkçisi və qohumu olan Vüqar Mahmudovun işi üzrə istintaqa cəlb edilib. V.Mahmudov hazırda həbsdədir, vəzifə səlahiyyətlərindən sui-istifadədə və mənimsəmədə ittiham edilir. E.Mahmudov ötən həftə sonu dalbadal istintaqa çağırılıb, bütün gün ərzində dindirilib.
19.12.2017 11:49:00
Oxuma sayı: 947