Dha bir xəstə əməliyyat zamanı öldü - “Grant Hospital”da
Ölçü:


Bakıda daha bir xəstə əməliyyat masasında dünyasını dəyişib.

Koordinat.az xəbər verir ki, "Trend"in yaydığı məlumata görə, hadisə paytaxtda fəaliyyət göstərən "Grant Hospital"da qeydə alınıb. 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov özəl klinikada əməliyyat olunarkən dünyasını dəyişib. Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün Bakıda "MedEra" hospitalında 1977-cü il təvəllüdlü Anar Musa oğlu Hümbətov əməliyyat zamanı ölüb. 
19.12.2017 10:38:34
Oxuma sayı: 1299