Rusiyalı həmsədr 5 rayonun qaytarılması barədə: "Nizamlama prosesi vahid paketdir"
Ölçü:


"Həmsədrlərin oktyabrın üçüncü ongünlüyündə bölgəyə səfəri planlaşdırılır. Azərbaycana, Ermənistan və Dağlıq Qarabağa səfər edəcəyik. Rəhbər şəxslər, hərbçilərlə görüşlər nəzərdə tutulur".

Koordinat.az xəbər verir ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-ya müsahibəsində belə deyib. Regiona səfər zamanı münaqişə zonasında durumun sabitləşməsinə yönəlik Vyana və Sankt-Peterburq anlaşmalarının reallaşmasının gedişatının da nəzərdən keçiriləcəyini deyən həmsədr bildirib ki, mövcud işçi təkliflər nəzərə alınmaqla, danışıqlar prosesinin perspektivləri müzakirə ediləcək. Həmçinin münaqişə zonasında hərbi vəziyyət dəqiqləşdiriləcək.

Rusiyalı həmsədr danışıqlar prosesində Dağlıq Qarabağa bitişik 7 işğal olunmuş rayondan 5-nin qaytarılması məsələsinin yer aldığı barədə yayılan məlumatlara münasibət bildirib: "Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması ilə bağlı fikrimizi dəfələrlə bildirmişik. Bu problemi Dağlıq Qarabağın statusu, bütün qaçqınların qaytarılması, Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhlizin saxlanılması, sülhməramlı əməliyyatın keçirilməsi kimi məsələlər daxil olmaqla, nizamlanmanın digər elementləri ilə yanaşı nəzərdən keçirmək lazımdır. Nizamlama prosesi vahid paketdir, bu və digər tərəfin üstünlük verdiyi ayrı-ayrı elementlərin prioritet kimi götürülməsi qeyri-produktivdir".
18.10.2016 22:39:59
Oxuma sayı: 240