Onkoloji xəstəliyi olan jurnalist əməliyyat olunacaq - deputatdan dəstək
Ölçü:


Onkoloji xəstəlikdən əziyyət çəkən tanınmış mədəniyyət yazarı, jurnalist Ülviyyə Həsənqızı tezliklə əməliyyat olunacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə jurnalistin səhhətini diqqətdə saxlayan deputat Qənirə Paşayeva bildirib. Deputat əməliyyatın bu həftənin 3-cü olacağını deyib: “Bu gün Milli Onkologiya Mərkəzini ziyarət etdik, xəstəxananın baş həkim müavini ilə görüşdük, Ülviyyə Həsənqızının əməliyyatı ilə maraqlandıq. İnşallah, Ülviyyə 3-cü gün əməliyyata girəcək. Ülviyyənin özü ilə də görüşdük və "ona hər şey yaxşı olacaq buna inan" söylədim. Biz az əvvəl yenə telefonla danışdıq və ona "Ülviyyə, yüzlərlə həmkarın, sadə insanlar sənin üçün dua edir, həkimlər sənin sağalman üçün əllərindən gələni edirlər, sən də daxili inamınla, gücünlə biz inanırıq ki xəstəliyə qalib gələcəksən" dedim. Və inanıram ki belə də olacaq. Ülviyyə güclü qızdır, bu xəstəliyə də qalib gələcək və tam sağalaraq, sevənlərinin yanına, işinə dönəcək, uzun illər yaşayacaq inşaallah. Dualarınızı əksik etməyin”.

Qənirə Paşayeva problemə diqqət göstərən Milli Onkologiya Mərkəzinin rəhbəri, Cəmil Əliyevə, Ülviyyəyə  qayğısını əksik etməyən bütün həkim və tibb işçilərinə təşəkkür edib.
18.12.2017 18:04:00
Oxuma sayı: 644