Aramsız yağışlar sürüşmələri aktivləşdirib
Ölçü:


Bir çox sürüşmə sahələrində sürüşmələrin nəzərə çarpan fəallığı hələ də müşahidə olunur.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə  bildirib. O deyib ki, artıq İsmayıllı, Ağsu, Şamaxı ərazilərində olan fəal sürüşmə sahələrində, o cümlədən Qobustan-Şamaxı yolunun ətrafında, Qusar, Quba, Xızı, Şabran, Siyəzən rayonları ərazisində sürüşmələrdə əhəmiyyətli fəallaşma var.

Elbrus Əlizadə bildirib ki, həm ətraf əraziləri su basması, həm də sürüşmələrin aktivləşməsi Lənkəran, Astara zonası, Lerik yolunda. Yardımlı rayonu ərazisində, həmçinin də Gədəbəy-Daşkəsən zonasında, Qazax və digər ətraf sahələrdə də müşahidə olunub.

Bakı ərazisində də daha çox fəallaşmanın Zığ massivi, Masazır və Qaraçuxur qəsəbəsindəki sürüşmə zonalarında qeydə alındığını deyən Elbrus Əlizadə əlavə edib ki, Bayıl və Badamdar yamacında da fəallıq artmaqdadır. Direktor müavini vurğulayıb ki, sürüşmə zonalarında hər dəfə yağışlı havalarda təhlükənin artmasına səbəb kiçik çay dərələrinin vaxtında təmizlənməməsi, su ötürücü qurğuların  saz hala gətirilməməsi, daha təhlükəli yamaclarda yamac bərkitmə işlərinin kifayət qədər görülməməsi ilə bağlıdır.
18.10.2016 11:50:11
Oxuma sayı: 253