İlham Əliyev keçmiş səfiri yeni vəzifəyə təyin etdi
Ölçü:



Prezident İlham Əliyev fevralın 19-da Fərid Rauf oğlu Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Koordinat.az xəbər verir ki, F.Şəfiyev 2014-cü ildən Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyirdi.

O, ölkə başçısının müvafiq sərəncamı ilə elə bu gün - fevralın 19-da Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
19.02.2019 14:44:00
Oxuma sayı: 256