Vəkiloğluları İstiqlal yolunda...
Ölçü:


Bu gün Səməd Vurğunun ev muzeyində Azərbaycan Cümhuriyyətinin yuzillik yubileyi tədbirləri çərçivəsində ev muzeyinin təşkilatçılığı ilə "Vəkiloğluları İstiqlal yolunda” adlı tədbir keçirilib.

Koordinat.az
xəbər verir ki, tədbiri giriş sözü ilə müzeyin direktoru Nüşabə Vəkilova açıb. Sonra isə Azərbaycan Respublikasının dövlət himini səsləndirilib. Mövzu ətrafında Cümhuriyyət irsinin araşdırıcıları tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, tarix elmlər doktoru Solmaz Tohidi, tarix elmləri üzrə fəlsəfə doktoru, Mahir Qəribov, fəlsəfə doktoru Nazir Əhmədli, filologiya elmlər doktoru Esmira Fuad çıxış ediblər.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli İstiqlalının əldə olunmasında mühüm rolu olmuş vəkiloğulları nəsli Cümhuriyyət parlamentində 4 deputatla təmsil edilib. Doktor Məmmədrza ağa Vəkilov , parlamentin ən gənc deputatı, istiqlal bəyannaməsinin mətinin və Azərbaycan Cümhuriyyətinin ilk yazılı tarixi olan "Azərbaycan Cümhuriyyətinin yaranma tarixi adlı” əsərin müəllifi Rəhim bəy Vəkilov, 23 yaşlı Daxili İşlər Naziri Mustafa ağa Vəkilov, Azərbaycanın yeganə topoqrafiya generalı İbrahim ağa Vəkilov Azərbaycanın dövlət quruculuğunda və parlamentin fəaliyyətində fəal iştirak ediblər.

Qeyd edək ki dövlət quruculuğunda iştirak etməklə bərabər 1918-1920-ci illərdə Şərur-Dərələyəz qəzasında Balo bəy Vəkilovun başçılığı ilə könüllü batalyon Azərbaycan torpaqlarının qorunmasında qəhrəmanlıqlar göstərib.

 Həmçinin ötən əsrin sonlarında Azərbaycan müstəqiliyinin bərpa edilməsi ilə nəticələnən Milli Azadlıq hərakatında Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun mühüm rolu olub. Tədbirin sonunda İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Qan Turalının "Rəhim bəy Vəkilov” tamaşası göstərilib. Səməd Vurğunun ev muzeyi 15 fevral 2019-cu il
 
15.02.2019 17:32:00
Oxuma sayı: 213