4 ölkənin XİN başçıları Buxarestdə görüşəcək
Ölçü:



Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü martın 4-də Buxarestdə keçiriləcək.

Koordinat.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın Avropa İttifaqı Şurasındakı sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

Nazir müavininin sözlərinə görə, görüş "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsinə həsr olunacaq.
01.02.2019 17:13:00
Oxuma sayı: 301