Azərbaycanda 16 nəfərin "donuz qripi"nə yoluxduğu rəsmən təsdiqləndi
Ölçü:


Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A/H1N1 virusu təsdiqlənib.

Koordinat.az
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib. O, qeyd edib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib.

"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir. A/H1N1 virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir".
 
Qeyd edək ki, A/H1N1 virusu başqa adla "Donuz qripi" kimi tanınır. 
01.02.2019 10:59:00
Oxuma sayı: 226