“Gorumuza sarı gedək” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR
Ölçü:


“Azərkitab” Kitab Təbliğatı Mərkəzində həkim-şair Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək” kitabının təqdimat mərasimi keçirilib.

Koordinat.az xəbər verir ki, kitabda müəllifin vətənpərvərlik mövzusunda, xüsusən də düşmən tapdağında olan yurduna-Kəlbəcərə həsr olunan şeirləri də kitabda yer alıb.
Təqdimat mərasimində şeirə-sözə dəyər verən  alimlər, şair və yazıçılar, həkim və mühəndislər, jurnalistlər iştirak edirdilər.

Millət vəkili Qənirə Paşayeva vətənpərvərlik ruhunda duyğusal çıxışı ilə məçlisdə xox əhval yaradıb.

Tədbirin sonunda “Gorumuza sarı gedək” kitabının müəllifi Zərraf Təhməzoğlu mərasimin təşkilatçılarına və iştirakçılara, eləcə də kitabın ərsəyə gəlməsində əməyi və dəstəyi olan hər kəsə təşkkür edib.
17.12.2017 17:56:00
Oxuma sayı: 361