Ermənilər Kəlbəcər-Laçın yoluna asfalt çəkir- FOTOLAR
Ölçü:


Ermənistan hökuməti 23 ildir işğal altında saxladığı Kəlbəcər rayonunda magistral yolların təmirinə diqqəti artırıb.

Koordinat.az erməni mətbuatına istinadən xəbər verir ki, son bir neçə ildə xarici turistlərin işğal altındakı Azərbaycan torpaqlarına turist axınını nəzərə alan Serj Sarkisyan hökuməti "Dağlıq Qarabağa yardım fondu" adı altında Kəlbəcər zonasında yolların yenidən qurulmasına xeyli vəsait xərcləyib. Ermənilər hətta Kəlbəcər rayonu ərazisində heç vaxt asfalt görməyən yollara belə, diqqət yetirir. Buna misal olaraq Kəlbəcər-Laçın yolununun Tutquçay dərəsi boyunca keçən hissəsini göstərmək olar. Ermənilər yolun artıq bu hissəsini də asfaltlayıb, yolqırağı ərazilərdən keçən elektrik dirəklərini yeniləri ilə əvəz edib. 20 ildən artıq bir müddətdə xarabalığı xatırladan ərazilərin "abadlaşdırılmasında" məqsəd xarici turistləri cəlb etməklə bu ərazilərin ermənilərə məxsus olduğuna dair təbliğat işlərini daha səmərəli qurmaqdır.

Azərbaycanda böyük əksəriyyət hələ də inanır və gözləyir ki, rəsmi Bakı ilə isti münasibətlərini qoruyub saxlayan Rusiya işğal olunmuş Dağlıq qarabağı və ətraf 7 rayonu geri qaytararaq münaqişəni humanist qaydada həll edəcək...

Ermənistan isə işğal altında saxaldıqları Azərbaycan torpaqlarında, xüsusilə də Kəlbəcər və Laçında möhkəmlənir, bu ərazilərdə infrastrukuru yararlı hala gətirir, erməni ailələrini burada məskunlaşdırmaqda davam edir. 





06.10.2016 20:24:23
Oxuma sayı: 1392