Təbiətə 2860 manat ziyan vuruldu
Ölçü:


Yanvarın 29-da Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı  99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli işlik meşə materialı aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər  Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.

Lerik rayonu ərazisində keçirilən reyd  zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı 10XD178  dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkar edilib.

Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
 
31.01.2019 09:49:00
Oxuma sayı: 215