Lavrov: "Putin Trampla görüşməyə hazırdır"
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.
 
Koordinat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşün qrafiki razılaşdırılır: “Biz Donald Trampın Rusiya prezidenti ilə görüş planlaşdırdığını eşitdik. Prezident Putin də bu görüşə hazırdır. Amerikalılar bunu bilir”
 
Qeyd edək ki, Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək. 
08.11.2017 11:09:00
Oxuma sayı: 1750