Əfsanəvi Qarabağ döyüşçüsü vəfat etdi
Ölçü:


Qarabağ savaşının daha bir əfsanəvi komandiri dünyasını dəyişib. Belə ki, Qarabağ savaşında 814 saylı Füzuli özünümüdafiə batalyonunun komandiri Mobil Yusifov dünən vəfat edib.

Koordinat.az xəbər verir ki, bu barədə bizimyol.info məlumat yayıb. Bildirilir ki, əfsanəvi Qarabağ döyüşçüsü  Bakıda şadlıq evlərinin birində keçirilən toy mərasimi zamanı dünyasını dəyişib. Belə ki, toyda iştirak edən komandir elə toy zamanı foyedə oturan zaman qəfildən keçinib. Maraqlıdır ki, dünyasını dəyişən keçmiş komandir öləcəyini toya gəlməmişdən əvvəl yaxınlarına söyləyib. Bundan sonra ona məclisə qatılmamağı məsləhət görüblər, lakin o, buna məhəl qoymayıb.

Xatırladaq  Mobil Yusifov 13 dekabr 1955-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2014-cü ildə Silahlı Qüvvələrdən ehtiyata tərxis olunub.


30.09.2016 10:56:56
Oxuma sayı: 517