Benqal körfəzində güclü zəlzələ
Ölçü:



Benqal körfəzində, Hindistana məxsus Nikobar adaları yaxınlığında Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib.

Koordinat.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar 84 kilometr dərinlikdə, arxipelaqın şimal-şərqində qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı bir fəsadlar barədə məlumat verilməyib. Sunami təhlükəsinin olmadığı deyilir.
17.01.2019 21:04:00
Oxuma sayı: 236