Bakıda böyük taksi şirkəti yaradılır
Ölçü:


Azərbaycanda taksi xidmətləri təklif edən “A Taksi” QSC yaradlılıb. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzeti məlumat verir.

Koordinat.az
xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 min manata bərabərdir. Şirkətin rəsmi nümayəndəsi Rəşid Səmədlidir. QSC 29 noyabr 2018-ci ildə dövlət qeydiyyatından keçib.

Bundan əlavə, noyabrın 23-də nazirlik “ASCO Nəqliyyat” MMC-ni qeydiyyata alıb. Şirkətin nizamnamə kapitalı 6 mln. 276,399 min manat təşkil edir, rəsmi nümayəndəsi Ramin Fərzullayevdir.

ASCO - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qısaldılmış adıdır. 
17.01.2019 09:52:04
Oxuma sayı: 322