Səhiyyə Nazirliyindən “donuz qripi” ilə bağlı BƏYANAT
Ölçü:


Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Koordinat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb. Qeyd olunub ki, ölkəmizdə bu virus yayılmayıb: “Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır”.

Qeyd edək ki, “Whatsapp” da yayılan səsyazısında sabah ölkəyə külək vasitəsilə donuz qripinin yayılacağı iddia edilir.
16.01.2019 16:31:00
Oxuma sayı: 351