Rövşən Rzayev məcburi köçkünlərin görüşünə getdi
Ölçü:


Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Koordinat.az-a verilən məlumata görə, Komitənin sədri Rövşən Rzayev Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə yerində tanış olub.

Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyi, yeni yaşayış komplekslərinin inşasının davam etdirildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasının sürətləndirilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb.

Məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb. Köçürülmə ilə əlaqədar müraciət edən məcburi köçkünlərə məlumat verilib ki, öncə qəzalı şəraitdə, həyat üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin edilir.

16.01.2019 16:43:00
Oxuma sayı: 246