Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək!” kitabının təqdimatı keçiriləcək
Ölçü:


Bu gün həkim-şair Zərraf Təhməzoğlunun “Gorumuza sarı gedək!” kitabının təqdimat mərasimi keçiriləcək.

Koordinat.az
xəbər verir ki, “Gorumuza sarı gedək!” şeirlər kitabı vətənpərvərlik və sevgi mövzusundadır. Müəllifin düşmən tapdağında olan yurduna-Kəlbəcərə həsr olunan şeirləri də kitabda yer alıb.

Zərraf Təhməzoğlu kitabla bağlı bunları qeyd edib: “55 illik yubileyim münasibətilə özümə və oxucularıma hədiyyə olaraq yeni şeirlər toplusu – “Gorumuza sarı gedək!” kitabım işıq üzü gördü. Əksər oxucular kitabın nə üçün belə adlandırılmasını məndən soruşurlar. Bunun iki mənası var. İlk öncə fəlsəfi mənada hər bir insan bələkdən qəbrə qədər bir həyat yolu keçir və mövcud olduğu zamanda insan goruna doğru bir yol qət edir. Digər və əsl mənasında isə, son Qarabağ münaqişəsi ilə bağlı mən və mənim kimi bir milyon azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşlar və kitabdakı şeirlərimlə onları öz dədə-baba yurdlarımıza çağırıram”. Müəllifin bundan əvvəl isə “Vətəndə qəriblik” adlı kitabı nəşr olunub.

Xatırladaq ki, Zərraf Təhməz oğlu Şirinov 5 sentyabr 1962-ci ildə Kəlbəcər rayonunda anadan olub. N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna II müalicə-profilaktika fakültəsini bitirib. Akademik M.A.Topcubashov adina Elmi Cərrahiyyə Mərkəzində Qaraciyər, öd kisəsi və mədəaltı vəzin cərrahiyə şöbəsinin müdiri, tibb elmləri doktorudur. Tanınmış cərrah bir çox ölkələrdə- Türkiyə, Ukayna və Almaniyada ixtsasartırma kurslarında olub.

“Gorumuza sarı gedək!” kitabının təqdimat mərasimi bu gün saat 15:00-da “Azərkitab” Kitab Təbliğatı Mərkəzində (Məhəmməd Naxçıvani küçəsi 1, ( keçmiş 6 paralel küçəsi)) keçiriləcək.

ƏLAQƏ: (012) 436 90 10, 050206 16 17 
16.12.2017 10:11:00
Oxuma sayı: 13685