Dövlət qurumlarının birləşməsi yenidən gündəmdə - pul silən dövlət təşkilatları var
Ölçü:

 
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğ edilib.

Koordinat.az
xəbər verir ki, bu dövlət qurumlarının ləğv edilməsi bəzi döblət strukturlarının birləşməsi məsələsini yenidən gündəmə gətirib. Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi gərəksiz quruma çevrildiyini bildirib.
 
E. Şahinoğlu qeyd edib ki, bu qurumun nə işlə məşğul olduqları bəlli deyildi: "Bölgədə bu qədər proses baş veriridi, Strateji Araşdırmalar Mərkəzindən səs də çıxmırdı. Ortada nə analizlər, nə proqnozlar, nə də bu analiz və proqnozları səsləndirənlər var idi. Əvəzində mənasız səfərlər təşkil edir, oxunmayan dərgilər dərc edir, faktiki pul silirdilər. Büdcəni bu cür yüklərdən azad etmək lazımdır. Analizlərə və proqnozlara isə həmişə ehtiyac var”.

Millət vəkili Fazil Mustafa ləğv edilən 3 qurumun boşluğunu hansı qurumların dolduracağını proqnozlaşdıra bilmədiyini vurğulayıb: "Ancaq şəxsən mən sosial şəbəkədə elmin inkişafını da, biliyi də, multikulturalizmi də xeyli zamandır dostlarım Etibar Əliyevin və İbrahim Nəbioğlunun statuslarından əldə edirəm.
 
İkisi bir yerdə o boyda AMEA-dan və universitetlərdən daha çox cəmiyyətimizin düşünən hissəsi üçün faydalı bilgiləndirmə işi aparırlar. Çoxdandır Strateji Araşdırmalar Mərkəzinin funksiyasını da millət vəkili Zahid Oruc öz analitik məqalələri ilə təklikdə daha effektli aparır. Necə deyərlər, müqəddəs yer boş qalmaz”.

İqtisadçı Rövşən Ağayev nəzərə çatdırıb ki, 2-3 gün əvvəl 2018-ci ilin iqtisadi yekunları ilə bağlı keçirilən toplantıda bunun anonsu verilib, Prezident struktur islahatların başlanacağını bəyan edib. R. Ağayev islahatların davam etdirilməli olduğunu vurğulayıb: "Vaxt itirmədən idarəetmənin ultramərkəzləşməsindən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır. Yəni lazımsızları ləğv eləmək, lazımlıların isə sosial-iqtisadi sahədə lokal səlahiyyətlərini seçkili yerli orqanların xeyrinə məhdudlaşdırmaq çox mühümdür”.

 
15.01.2019 09:48:38
Oxuma sayı: 404