Politoloqdan şok açıqlama: "Putin Azərbaycan qarşısında 3 şərt qoyub - 5 rayonun azad olunması üçün
Ölçü:


"İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsindəki şərhində bildirib. Onun qənaətinə görə, həmin şərtlər aşağıdakılardır: "Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir. Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir".

E.Şahinoğlu bildirib ki, digər məlumatlarla bağlı rəhbəri olduğu “Atlas” Araşdırmalar Mərkəzi geniş təhlil hazırlayır.
03.11.2017 22:54:00
Oxuma sayı: 1235