Qubada dülgər sexində yanğın olub
Ölçü:



Qubada yanğın qeydə alınıb.

Koordinat.az
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Quba rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 200 m² olan dülgər sexinin tavanı və içərisindəki 4 ədəd dəzgahın taxta üzlüyü yanıb.
 
Sexin, binanın qalan hissəsi və 1 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13.01.2019 14:52:00
Oxuma sayı: 292