Dünya Bankından Azərbaycanla bağlı bədbin proqnoz: Gürcüstanla Ermənistan bizi  üstələyir
Ölçü:


“2018-ci il Azərbaycanın Cənubi Qafqazdakı iqtisadi liderliyinin sonuncu ili oldu.Proqnozlara görə, hər nəfərə düşən milli gəlirə görə Azərbaycan Qafqazdakı üstün mövqeyini 2019-cu ildə Gürcüstana, 2021-ci ildə isə Ermənistana uduzur”.

Koordinat.az
xəbər verir ki, bu barədə ADR sərdi, iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Ekspert qeyd edib ki, Dünya Bankının 8 yanvar 2019-cu ildə dərc olunan “Qlobal iqtisadi perspektivləri”ndə təqdim olunan iqtisadi artım templərinə görə, cari ildə Azərbaycan Qafqazdakı iqtisadi liderliyinə son qoyulacaq: “Adambaşına düşən ÜDM göstəricisinə görə, Azərbaycan bu il Gürcüstandan, 2021-ci ildə də Ermənistandan geri qalacaq. Zəngin neft-qaz sərvətlərinə malik olan Azərbaycanda iqtisadi artımın yaxın 4 ildə Ermənistan və Gürcüstanla müqayisədə 2 dəfəyədək aşağı olması səbəbindən ölkəmiz 2021-ci ildən sonra Qafqazda ən kasıb ölkə sayılacaq”.

Q.İbadoğlu hesab edir ki, azadlıqlar və demokratiya sahəsində mövqeyini qonşulara çoxdan uduzan Azərbaycanın iqtisadi sahədə də xüsusilə Ermənistandan geri qalması hakimiyyətin səriştəsiz siyasətinin, pis idarəçiliyinin nəticəsidir.
13.01.2019 11:22:00
Oxuma sayı: 285