Çində 5,1 bal gücündə zəlzələ
Ölçü:



Çinin şimal-qərbindəki Sintszyan-Uyğur muxtar rayonunda Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Koordinat.az
xəbər verir ki, yeraltı təkanlar Kaşqar mahalında qeydə alınıb.

Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində olub.

Hadisə nəticəsində insan tələfatı və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.

12.01.2019 12:09:00
Oxuma sayı: 107