“Azərbaycanda “donuz qripi” yoxdur” - RƏSMİ
Ölçü:


Yanvarın 11-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ölkəmizdəki epidemioloji vəziyyətə həsr olunmuş mətbuat konfransı keçirilib.

Koordinat.az
xəbər verir ki, Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev ölkədəki epidemioloji vəziyyətdən danışıb. Baş epidemioloq, həmçinin deyib: "Son zamanlar bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində donuz qripinin olması barədə məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmir. Ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır. Əgər donuz qripi qeydə alınarsa, həmin xəstəliklə mübarizə aparmaq iqtidarındayıq".

İ.Ağayev KİV nümayəndələrini dəqiqləşdirilməmiş məlumatları yaymamağa və əhali arasında təşviş yaratmamağa çağırıb.
11.01.2019 14:46:00
Oxuma sayı: 209