Erməni iş adamı Qubadlıda tütün istehsalına  sərmayə qoydu- FOTO
Ölçü:


Separatçı-terrorçu rejim Azərbaycanın 26-cı ildir ki,  işğal altında qalan Qubadlı rayonu ərazisində tütün istehsalının artırılmasına girişib.

Koordinat.az
xəbər verir ki, bu haqda rejimin “hakim partiyası” hesab edilən “Azad vətən” partiyasının sədri Araik Arutyunyan özünün “Facebook” səhifəsində yazıb.   Onun sözlərinə görə, qondarma “Kaşataq rayonu”nun(Laçın, Qubadlı, Zəngilan rayonları və Cəbrayıl  rayonunun bir hissəsi) “son illər çiçəklənən cənub hissəsi”ndə böyük investisiya proqramı həyata keçirilməyə başlanıb. Söhbət əsasən Qubadlı rayonunun “İşxanadzor”  adlandırılmış Xanlıq kəndindən gedir. Bu qədim Azərbaycan kəndinin ərazisində tütünün qurudulmasından ötrü  xüsusi qurğuların quraşdırılması üçün erməni iş adamı, “Qrand-holdinq” şirkətinin rəhbəri Mikael Vardanyan milyonlarla dollar pul ayırıb.

A.Arutyunyan  əlavə edib ki, Xanlıq kəndinin iqlimi, relyefi əlverişli, torpağı münbit olduğundan burada tütün yetişdirilməsi də perspektivlidir. Bu, eyni zamanda kəndin getdikcə artan erməni əhalisi üçün yeni iş yerlərinin yaradılması deməkdir...

 Qeyd edək ki, işğaldan öncə Qubadlı rayonunda hər il orta hesabla 2 min ton tütün istehsal edilib (Moderator.az).
11.01.2019 13:45:59
Oxuma sayı: 148