464 azərbaycanlı xaricdən geri qaytarılıb
Ölçü:


"2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib".

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. Onun sözlərinə görə, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib: “Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.
 
DMX rəisi vurğulayıb ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir. O əlavə edib ki, hesabat dövründə xarici ölkələrdən Azərbaycana 464 vətəndaşın readmissiyası həyata keçirilib.
11.01.2019 11:23:00
Oxuma sayı: 104