4 bələdiyyənin işi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildi
Ölçü:


Bakı şəhəri Binəqədi rayonunun 4 bələdiyyəsi ilə əlaqədar məsələ Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Koordinat.az xəbər verir ki, bunu BakuPost-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Deputat qeyd edib ki, söhbət dövlət büdcəsindən bələdiyyələrə ayrılmış 3 milyon manatın taleyindən gedir.
11.01.2019 10:41:14
Oxuma sayı: 126