Dövriyyədəki nağd pul azalıb
Ölçü:


28 dekabr 2018-ci il tarixində pul bazası 9 milyard 545.7 milyon manat təşkil edib.

Koordinat.az
Mərkəzi Banka istinadən xəbər verir ki, bu, Noyabrın sonu ilə müqayisədə  560,5 milyon manat çoxdur. 30 noyabr 2018-ci il tarixində pul bazası 8 milyard 985.2 milyon manat təşkil etmişdi.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.


10.01.2019 12:56:00
Oxuma sayı: 243