Elxan Şahinoğlu: "Aprel savaşını yenidən təkrarlamaq çətin olacaq" - MÜSAHİBƏ
Ölçü:


"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu son günlər ABŞ, Rusiya və İranda Azərbaycanın əlehinə başladılan təxribatlarla bağlı maraqlı açıqlamalar verib. O, həmçinin prezident İlham Əliyevin Bişkekdə Serj Sarkisyanı fakt qarşısında qoyub, susdurması, separatçıların Xankəndində gizli hərbi məktəb inşa etməsi, Cəbhədə münaqişənin yenidən alovlanma ehtimalı, ABŞ və Rusiya arasındakı gəginliyin dağlıq Qarabağ münqişəsinin həllinə təsirlərindən də danışıb.

Koordinat.az müşahidə.az saytında dərc olunmuş məqaləni oxuculara təqdim edir:
–Senytabr ayında ABŞ, Rusiya və İranda Azərbaycanın əlehinə təxribat xarakterli addımlar atıldı. Bir yandan Vaşinqtonun Ermənistandakı səfirliyi Mehri şəhərciyindəki erməni  kilsəsinin təmirinə 450 min dollar ayırır. Bundan başqa Tehranda “erməni olimpiyadası” keçirilir. Eyni zamanda ölkəmizlə sıx əlaqələri olan Lomonosov adına Moskva Dövlət Universitetində erməni tarixinə aid konfransda separatçıların Azərbaycan əleyhinə çıxışına şərait yaradılır. Sizcə, bunlar nədən irəli gəlir?
– Aprel savaşından işğalçı ölkə anladı ki, bundan sonra sülh danışıqlarını uzatmaq çətin olacaq. Ona görə də, düşünürəm ki, Ermənistan və dünyadakı erməni lobbisi Azərbaycan qarşı hiyləgər plan hazırlamaqdadırlar. Müxtəlif məqamlarda bizə problemlər yaratmaq istəyirlər. Baxın, Moskva ilə Bakı arasındakı münasibətlərdə müəyyən qədər inkişaf qeydə alınır. Bu səbəbdən onlar Rusiyadan Azərbaycan qarşı təxribat hazırlamağa başlayırlar. Biz də Moskvadan gələn təxribatlara etiraz olaraq Rusiyaya nota vermək məcburiyyətində qalırıq. Bununla yanaşı Bakı və Tehran münasibətlərinin inkişafı intensivləşir deyə, İrandan bizə təxribatlar qurmağa çalışırlar. Amerika Azərbaycan əlaqələrinin yaxşılaşdığını görüb, Vaşinqtondan təxribatlar hazırlayırlar. Yəni bizim hansı ölkələrlə əlaqələrimiz normaldı, o yerlərdən biz qarşı təxribat hazırlamağa çalışırlar. Zənnimcə, onlar bu oyunlarını getdikcə genişləndirəcəklər. Məsələn, bu günlərdə daha bir təxribat xarakterli addım atıblar. Rusiyadan aldıqları silahların şəkilini çəkib paylaşıblar. Bu da bizə təsir göstərir. Çünki alınan silahlar çox güclü silahlardır. Bu da istər istəməz, Azərbaycan cəmiyyətində və siyasi dairələrində Rusiyaya qarşı qıcıq yaradır. Amma bütün bunlar Ermənistanla erməni lobbisinin birgə hazırladığı təxribatlardır. Onlar çalışırlar ki, Azərbaycanla digər ölkələr arasında problemlər yaratsınlar və bu soyuqlaşmanı getdikcə daha da dərinləşdirsinlər.

-Ötən günlərdə Prezident İlham.Əliyev Bişkekdə Prezidentlərin görüşü zamanı Sarksiyanın Qarabağla bağlı replikasına sərt və tutarlı cavab verərək, susdurub. Sarkisyanın məlum replikası nəyə hesablanmışdı?
– Fikir verin, Bişkekdəki toplantıda Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunmadıtt7675 ki, prezidentlərin iştirak etdiyi tədbir polemika məkanına çevrilməsin. Çünki ora bu mövzunun məkanı deyildi. Amma Sarksiyan yenə yazıq obrazına girərək bu məsələni ortaya atıb, təxibat törətdi. Azərbaycan prezidenti də məcbur qalıb ona cavab verdi. Bunun özü də erməni hiyləsidir. Dağlıq Qarabağ münaqişəsi ətrafında təxribat yaratmağa çalışırlar ki, guya Azərbayan üzərinə düşənləri etmir. Rəsmi Bakı razılaşmaları yerinə yetirmir. Ermənistanda ölkəmizə qarşı bu cür düşünülmüş fəaliyyət planı var. Bu oyunlarda digər təşkilatlarla yanaşı Sarkisyanın da öz rolu var. Təssüf ki, ABŞ, Rusiya və  İran  bu cür « fəaliyyətlərə » göz yumurlar. Məsələn, şimal qonşumuz imkan verir ki, dövlət qurumunda Azərbaycan əlehinə tədbir keçirilsin. Həmçinin cənub qonşumuz « erməni olimpiyadası » təşkil edir və orda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağının dalğalandırılmasına göz yumur. Halbuki o dövlətlərin də məsuliyyəti var. Onlar göz yumduqlarına gör, Ermənistanın və dünyadakı erməni lobbisinin Azərbaycan qarşı hazırladığı təxribatların sayı çoxalır.

-ABŞ, Rusiya və İranın susqunluğunun səbəbi nədir? Bu təxribatlara niyə reaksiya vermirlər?
– Görünür, həmin ölkələr Azərbaycanın möhkəmlənməsini, qüdərtli bir dövlətə çevrilməsini istəmirlər. Sözügedən ölkələrin hakim dayaqlarında hələ də Azərbaycana qarşı qərəzli mövqedə dayananlar  var. Onlar Azərbaycan əlehinə hazırlanan təxribatlara süstlük nümayiş etdirirlər və müəyyən məqamlarda həmin təxribatlara dəstək verirlər. Biz belə məsələlərə olduqca  diqqət yetirməliyik. Biz istəyirik ki, qonşularla-Rusya , İran-  normal və inkişaf edən münasibətlərimiz olsun. Təssüf ki, bu ölkələrin özündə də erməni lobbisi ilə sıx əlaqələr olan mərkəzlər var. Onlar da həmin lobbi ilə birləşib, Azərbaycana qarşı təxribatlarda iştirak edirlər.

-Aprel savaşından dərhal sonra beynəlxalq insitutlar 5+2 prinsipini ortaya atdılar və bəyan etdilər ki,əvvəlcə  Dağlıq Qarbağ ətrafı 5 sonra 2 rayon qaytarıla bilər. Bundan sonra da Dağlıq Qarabağın statusuna baxılacaq. Amma bunların heç biri baş vermədi. Əksinə, hazırda Sarkisyan daha sərt ritorikadan çıxış edir. Sizcə, Ermənistan güzəştə gedəcəkmi?
-Xatırlayırsınzsa, aprel savaşı ərəfəsində və ondan sonra da Ermənistan hakimiyyətinin güzəştə gedəcəyinə dair optimist düşünmürdüm. Həmin vaxtlar da bəya etmişdim ki, Ermənistan hakimiyyətinə təzyiqlər olmaldır ki, ərazilərimzi boşaltsın. Amma onlara təzyiq olmadı. Təzyiq olmadısa, Ermənistan hakimiyyəti buna getməyəcək. Digər tərəfədən Ermənistanın daxilində vəziyyət gərgindir. Baş naziri dəyişdilər. Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmağa heç vaxtı yoxdur. Sakisyanın ölkə daxilində dayaqları sarsılır. Ona görə də, heç bir güzəştə getməyəcək. Demək olar ki, danışıqlar nəticə vermir. Artıq  yaxın  zamanlarda prezidentlərin görüşünə də ehtiyac qalmır. Nə Ermənistana beynəlxalq təzyiqlər var, nə də Ermənistan hakimiyyətinin özünün Qarabağla bağlı hansısa planları. Demək ki, işğalçıya yenidən hərbi vasitələrlə təzyiq göstərmək məcburiyyətində qalacağıq.

-Belə çıxır ki, aprel savaşı təkrarlana bilər?
-Başqa variant qalmayıb. Düzdü, müharibə çox çətin yoldur. Aprel hadisələrində də çox böyük təzyiqlərlə üzləşdik. Həmin təzyiqlər olmasa idi, savaş 4 gün deyil, bir ay çəkə bilərdi. Bəlkə də indi torpaqlarımızı tamamən azad etmişdik. Əlbəttə, aprel savaşını yenidən təkrarlamaq çətin olacaq. Ona görə ki, böyük dövlətlər Ermənistana təzyiq göstərmir. Əksinə, Rusiya Prezidenti Vladimir Putin qeyd edir ki, danışıqlarda nə qalib olmalıdı, nə də məğlub. Yəni bu, o deməkdir ki, Ermənistan yapışıb referendum istəyir. Lakin işğalçı ölkədən gözlənti o idi ki, heç bir şərt qoymadan Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu boşaltsın. Amma bunlar baş vermir. Ona görə də, müəyyən müddətdən sonra cəbhə bölgəsində gərginliyin artacağını yenidən praqnozladırmaq olar.

– Zaman-zaman separatçılar işğaldakı ərazilərizimdə obyektlər tikirlər. Bu dəfə də Xankəndində gizli hərbi məktəb inşa ediblər. Buna qarşı hansı addımlar atılmaldır?
-Onlar nəinki Xankəndində hətta Şuşa, Laçın və Kəlbəcərdə də obyektlər inşa edirlər. Təbii ki, buna dözmək çox çətindir. Məsələn, Şuşada Sarkisyan gedib, yataqxanaların açılışında iştirak edir. Axı , Madrid prinsiplərinə gör, işğal olunan məntəqələr geri qaytarılmalıdır.Şuşa qatarılmalıdısa, orada niyə tikinti işləri aparırlar. Minsk qrupunun həmsədrləri hara baxır ? Onlar Ermənistan tərəfinə izah edə bilməzlərmi ki, danışıqlar prezdimetinə aid olan rayonlarda qanunsuz  tikinti aparmaq doğru deyil. Axı bu əraziləri Azərbaycan təhvil verməli olacaqsınız. Deməli, bunun özü də bir erməni təxribatıdır. Çox təssüf ki, belə məsələlərə Minsk qrupunun həmsədrləri seyirçi qalırlar.

-Ermənsitanın « Erik » qəzeti yazır ki, ABŞ və Rusiya münasibətlərinin gərgin olması, Dağlıq Qarabağ münaqişəsinin həllinə ən böyük əngəldir. Bu, doğru yanaşmadırmı ?
-Bu yanaşma ilə razı deyiləm. Moskva Vaşinqton münasibətlərinin normal olduğu dövrlər də olub. Onda bu iki dövlət münaqişənin həllinə səy göstəriblərmi?  Belə bir hal olmayıb. Bəzən indi də iddia edirlər ki, Rusiya Türkiyə münasibətləri normallaşsa,  bu, Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək. Düzdü, münasibətlərin normallaşması Azərbayanın xeyrinədir. Bu, müsbət atmosfer yaradır. Baxın, Rusiyaya məxsus təyyarə Türkiyə tərəfindən vurulmazdan əvvəl bu ölkələr arasındakı münasibətlər starteji tərəfdaşlıq səviyyəsində idi. Həmin dönəmlərdə Qarabağ münaqişəsinin həlli çoxmu irəlilədi ? Bu, elə deyil. Əfsuslar olsun ki, ABŞ, Rusiya və Fransa Ermənistana təzyiq göstərmirlər.  Bu ölkələr eyni düşüncə tərzinə malikdirlər. Həmin ölkələr bir çox məsələlərdə fərqli siyasət aparsalar da, Dağlıq Qarabağ münaqişəsində eyni siyasəti yürüdürlər. Biri irəli çıxıb, demir ki, BMT qətnamələrini yerini yetirmək lazımdır. Qarabağı və ətraf rayonları boşaltmaq gərəkir ki, sülh əldə olunsun. Bunu onlardan heç biri dilə gətirmir. Təsəvvür edin, bu günlərdə Meksikanın müstəqillik günü ilə bağlı Bakıdakı Meksika səfirliyində tədbir baş tutub. Meksika səfiri durub söyləyib ki, BMT- nin Dağlıq Qarabağa dair qətnamələri yerinə yetirilməlidir. Bunu Meksika deyir, amma bu sözləri həmsədr ölkələ rəsmilərindən və diplomatlarından eşidə bilmirik .
19.09.2016 18:35:16
Oxuma sayı: 1280