Bakıda güclü külək əsəcək
Ölçü:


Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 5-7, gündüz  9-12, Bakıda  gecə  5-7, gündüz  9-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.

Bildirilir ki, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin ayın 9-u axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 10-da gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında - Yanvarın 9-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 9-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
08.01.2019 13:03:00
Oxuma sayı: 308