ABŞ-ın yeni səfiri Bakıya köçməyə hazırlaşır
Ölçü:


ABŞ Senatı Örl Litzenbergerin Azərbaycana səfir təyinatını təsdiq edib.

Koordinat.az
xəbər ve4rir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Məlumata görə, yeni səfir yaxın günlərdə Bakıya yola düşəcək.

Qeyd edək ki, Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı səfirinin müavini və ABŞ-ın Qırğızıstandakı səfirinin müavini olub. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb və bolqar dillərini bilir.
03.01.2019 15:36:00
Oxuma sayı: 376