Qurban duası
Ölçü:


Qurban bayramı münasibətilə qurban günlərində (zil-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədi ilə qurban kəsilir. Qurban kəsilərkən aşağıdakı dua oxunulur.

İnnii vaccəhtu vachiyə lilləzi fətaras səməvati val arda haniifən va məəəə ənə minəl müşrikiin.

Qul innə saləətii va nusukii va mahyəəyə va məməətii lilləəhi rabbil aaləmiin. Ləə şəriikə ləhu va bizəəlikə umirtu va ənə əvvalul muslimiin.

Allahu əkbər, Allahu Əkbər, lə iləhə illallahu vallahu əkbər, Allahu əkbər və lillahil-hamd”


Tərcüməsi:

“Mən haqqa yönələn birisi olaraq üzümü, göyləri və yeri yaradana çevirdim. Mən Allaha ortaq qoşanlardan deyiləm.” (Enam, 6/79)
“Şübhəsiz mənim namazım da, digər ibadətlərim də, yaşamım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir ortağı yoxdur. Mən bununla əmr olundum. Mən müsəlmanların ilkiyəm.” (Enam, 6/162–163).

11.09.2016 23:16:57
Oxuma sayı: 2218