Orta əməkhaqqı: Ermənistanda 406, Gürcüstanda 360, Azərbaycanda isə 281 dollar
Ölçü:


"Avropa və bəzi MDB ölkələrində orta aylıq nominal əmək haqqı siyahısında Azərbaycan sonuncu sıradadır".

Koordinat.az
xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki statusunda yazıb. İqtisadçı həmçinin bildirib ki, 2017-ci və 2018-ci ilin məlumat bazasında hazırlanmış cədvəl məlumatlarından göründüyü kimi, Azərbaycan nəinki postsosialist, hətta Avropa coğrafiyasında yerləşən keçmiş sovet respublikaları arasında orta aylıq nominal əmək haqqı göstəricisinə görə ən sonda qərarlaşıb: "Azərbaycanda işləyənlərin orta aylıq nominal əmək haqqı 281 avro təşkil edir ki, bu da enerji resursları ilə zəngin olan ölkələrdən - Danimarkadan 18.5, Norveçdən 16.5, Hollandiyadan 10, Rusiyada 1.85, Qazaxıstandan isə 1.5 dəfə aşağıdır. Hesablamalar göstərir ki, Rusiyada ÜDM-in 45 faizindən çoxu, Qazaxıstanda ÜDM-in 30 faizindən çoxu əmək haqqına yönəldiyi halda, Azərbaycanda müvafiq göstərici ÜDM-in 20 faizindən də azdır.

Təəssüf hissi ilə onu da qeyd etməliyik ki, Azərbaycan bu göstəriciyə görə nəinki neft-qaz resursları ilə zəngin olan ölkələrdən, hətta Ermənistan və Gürcüstan kimi heç bir təbii resursa malik olmayan kasıb ölkələrdən də geri qalır. Belə ki, Azərbaycanda orta aylıq əmək haqqı Ermənistandan 1.45, Gürcüstandan isə 1.3 dəfə azdır".

Daha təfsilatlı məlumatları şəkil bölməsində təqdim olunmuş cədvəldən əldə edə bilərsiniz.
31.12.2018 10:37:00
Oxuma sayı: 612